Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı Hadisə

Sumqayıtda evdə meyit tapılıb.

News24.az xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

1985-ci il təvəllüdlü Elşən Oruc oğlu Məmmədovun meyiti yaşadığı evdə aşkar edilib.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Meyitə baxış keçirilib və aidiyyəti üzrə araşdırmalara başlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. (Axar.az)