Sumqayıtda maşından pul oğurlayan uşaq saxlanıldı

Sumqayıtda maşından pul oğurlayan uşaq saxlanıldı Hadisə

Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində “KİA” markalı avtomobildən içərisində 300 manat, bank kartları və sənədlər olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.