Avtomobilində sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO

Avtomobilində sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi – VİDEO Hadisə

Sumqayıtda qəza olub, sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb. 

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə yerinə xilasedicilər cəlb olunub. “VAZ-21011” və “Naz Lifan” markalı avtomobillərin iştirakı ilə qəza baş verib. “Naz Lifan”ın sürücüsü avtomobildə sıxılı vəziyyətdə qalıb. Xilasedicilər sürücünü xilas edərək təcili tibbi yardıma təhvil veriblər.

Hadisə ilə bağlı təhqiqat aparılır.