Sumqayıtda qəza: xəsarət alan var

Sumqayıtda qəza: xəsarət alan var Hadisə

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdən birində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və Təcili Tibbi Yardım briqadası cəlb olunub. Qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA.az)