Sumqayıtda Rusiya vətəndaşının meyiti tapıldı

Sumqayıtda Rusiya vətəndaşının meyiti tapıldı Hadisə

Sumqayıtda 68 yaşlı kişinin meyiti tapılıb.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. 

Rusiya Federasiyası vətəndaşı, 1956-cı il təvəllüdlü  Andreyev Viktor Petroviçin üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı evin yaxınlığında aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.