Sumqayıtda sex yanır - VİDEO
Hadisə
Sumqayıtda yanğın hadisəsi baş verib
Sumqayıt şəhəri ərazisində yerləşən sexlərdən birində yanğın baş verib. Hadisə Kimyaçılar yaşayış massivində yerləşən obyektlərdən birində qeydə alınıb.
Yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Hazırda alovun söndürülməsi istiqamətində tədbirlər görülür.
Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.
Əlavə məlumat veriləcək.//unikal.az