Sumqayıtda üçüncü mərtəbədən yıxılan şəxs öldü

Sumqayıtda üçüncü mərtəbədən yıxılan şəxs öldü Hadisə

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Quliyev Rasim Tofiq oğlu 4-cü mikrorayonda yerləşən yaşayış binalarından birində, üçüncü mərtəbədən ehtiyatsızlıq nəticəsində yıxılıb.

Hadisə nəticəsində o, aldığı ağır bədən xəsarətlərindən ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.