Sumqayıtda yeniyetmə bıçaqlandı: həmyaşıdı şübhəli bilinir

Sumqayıtda yeniyetmə bıçaqlandı: həmyaşıdı şübhəli bilinir Hadisə

Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb.

News24.az xəbər verir ki, hadisə 16-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şahmuradov Tunar Rəşad oğlu münaqişə zəminində bıçaq xəsarətləri alıb.

Polis əməkdaşları tərəfindən zərərçəkənin qonşusu, 2009-cu il təvəllüdlü Adıgözəlli Nicat Teymur oğlu şübhəli şəxs qismində saxlanılıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, saat 17:30 radələrindəTəcili Tibbi Yardım Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub. Yuxarı ətraf qurşağının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. (Report.az)