Sumqayıt-Bakı qatarı GECİKDİ

Sumqayıt-Bakı qatarı GECİKDİ Hadisə

Sumqayıt–Pirşağı–Bakı istiqamətində hərəkət edən sərnişin qatarında gecikmə qeydə alınıb.

News24.az xəbər verir ki, Sabunçu dəmiryolu stansiyasında sərnişinlərə 6622 nömrəli qatarın 14 dəqiqə gecikəcəyi barədə məlumat verilib.

Qatarın hansı səbəbdən gecikməsi ilə bağlı hazırda rəsmi açıqlama yoxdur.


Gecikmənin səbəbi ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, qatarların sürət həddi hava şəraitinə uyğun tənzimlənir:

"Bu səbəndən bəzi reyslərdə gecikmə müşahidə oluna bilər".

Nilufər