Suqovuşanda partlayış zamanı xəsarət alanın vəziyyəti ağırdır - YENİLƏNDİ
Hadisə
Suqovuşanda mina hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə nəticəsində Suqovuşan qəsəbəsi sakini Məhərrəmov Mahir Abdulla oğlu xəsarət alıb.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (bizimmedia)
14:49
***
Ağdərə rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında aprelin 1-də mina hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərindən News24.az-a verilən məlumata görə, Ağdərə rayonunun Hacıqərvənd kənd sakini 1982-ci il təvəllüdlü Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır", məlumatda deyilir.
15:07
Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) 01.04.2026-cı il tarixində saat 15:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Sağ ayaq aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağır qiymətləndirilir.