Tanınmış futbolçu vəfat etdi
Hadisə
İtaliyanın “SPAL” futbol klubunun keçmiş kapitanı Nikolas Giani 39 yaşında vəfat edib.
News24.az xəbər verir ki, futbolçu uzun müddət xəstəliklə mübarizə aparıb.
Giani 2014–2017-ci illərdə “SPAL”ın Seriya C-dən Seriya A-ya yüksəlməsində mühüm rol oynayıb. O, “Ferrara” təmsilçisinin heyətində 100-dən çox oyuna çıxıb və 8 qol vurub.
Klub onun vəfatını dərin kədər hissi ilə qarşıladığını bildirib və “Ferrara səni heç vaxt unutmayacaq” sözləri ilə futbolçunun xatirəsini yad edib.