Tanınmış televiziya aparıcısı vəfat etdi
Hadisə
Tanınmış telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova vəfat edib.
News24.az xəbər verir ki, bu barədə məlumatı onun yaxınları sosial şəbəkə platformalarında yayıb.
Nailə Əkbərova 1963-cü ildə Şamaxıda anadan olub. O, uzun illər Azərbaycan televiziya məkanında fəaliyyət göstərib, ATV və “Space” kanallarında çalışıb, son illər isə “TRT Avaz”da yayımlanan “Qafqazlara əsən yellər” verilişinin müəllifi və aparıcısı olub.