Telefonda reklama baxdı, aldandı - Bu ölkədə

Telefonda reklama baxdı, aldandı - Bu ölkədə Hadisə

Türkiyədə bir bank müştərisi telefonundakı reklam çarxını bağlamağa çalışarkən dələduzluğun qurbanı olub.

News24.az xəbər verir ki, hadisə nəticəsində zərərçəkənin hesabından təxminən 14 700 manat (273.537 türk lirəsi) çıxarılıb.

Məhkəmə bankı 70% məsul hesab edib və zərərin faizlə birlikdə ödənilməsinə qərar verib.

Məlumata görə, hadisə zamanı istifadəçi reklamdakı “X” işarəsinə toxunduqdan sonra telefon idarəolunmaz hala düşüb. Daha sonra onun adından kredit götürülərək vəsait üçüncü şəxslərə köçürülüb.