Tərtərdə qəzada ölən qardaşların FOTOSU – YENİLƏNDİ

Tərtərdə qəzada ölən qardaşların FOTOSU – YENİLƏNDİ Hadisə

Tərtərdə ölümlə nəticələnən qəza olub.

News24.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı iki qardaş həyatını itirib.

Məlumata görə qəzaya düşənlər Tərtər rayonuna ağır xəstəni həkimə aparırlarmış.

Goranboy rayonun Əlirazlı kənd sakini 55 yaşlı Yunis Ağayev idarəetdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olan zaman minik maşını yola çıxaraq aşıb. Qəza zamanı sürücü Yunis Ağayev və onun qardaşı 68 yaşlı Nəsrəddin Ağayev hadisə yerində ölüb. Avtomobildə olan 2 sərnişin isə ağır xəsarət alıb. Yaralılar əvvəlcə Tərtər rayon mərkəzi xəstəxanasına, daha sonra isə Gəncədə yerləşən özəl xəstəxanaların birinə aparılıblar.

TƏBİB-dən verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hər iki pasiyentə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır olaraq qalır.

Qəzada ölən qardaşların fotosunu təqdim edirik:

Yaşar Araz