Ticarət mərkəzində yanğın: - Ölənlər var - VİDEO

Ticarət mərkəzində yanğın: - Ölənlər var - VİDEO Hadisə

Dünən yerli vaxtla saat 18:00-da Çinin Sıçuan əyalətinin Ziqonq şəhərində 14 mərtəbəli ticarət mərkəzində baş verən yanğından sonra axtarış işləri tamamlanıb.

News24.az xəbər verir ki, yerli vaxtla saat 03:00-da başa çatan xilasetmə əməliyyatı çərçivəsində daha 10 nəfərin cəsədi tapılıb. Beləliklə, ölənlərin sayı 16-ya yüksəlib.

Binadan 75 nəfər xilas edilib və içəridə qalan hər kəsin çıxarıldığı bildirilib.

İlkin araşdırmalara görə, yanğının tikinti işləri nəticəsində baş verdiyi müəyyən edilib.

Günel Məlikzadə