Tikintisi gedən çoxmərtəbəli bina uçdu
Hadisə
Nigeriyanın iqtisadi mərkəzi olan Laqosda tikintisi tamamlanmamış çoxmərtəbəli bina uçub.
News24.az "Ölkə.az"a istinadla xəbər verir ki, şahidlər çoxlu sayda zərərçəkənlərin olduğunu bildirirlər.
Hadisə aprelin 19-da səhər saatlarında Ocodu rayonunda baş verib. Uçqun altında həm işçilər, həm də təsadüfi yoldan keçənlər qalıb.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır. Hələlik doqquz nəfər xilas edilib.