Tiktoker “Miray” həbs edildi

Tiktoker “Miray” həbs edildi Hadisə

“Miray” kimi tanınan tiktoker Aysel Mustafayeva həbs edilib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.  

“Miray” polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Tiktoker Cinayət Məcəlləsinin 234.1-ci ( satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirləndirilir.