Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var

Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var Hadisə


Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, "Vaz-2107" markalı minik avtomobili hərəkətdə olarkən traktorun qoşqusuna çırpılıb.

Qəza nəticəsində bir nəfər xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.