Tovuzda qəza olub - Xəsarət alanlar var- Yeniləndi

Tovuzda qəza olub - Xəsarət alanlar var- Yeniləndi Hadisə

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az xəbər verir ki, , hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki yol, qəzası zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılar 25 yaşlı E.Abbasov və onun həmyaşıdı N.Hüseynov, 30 yaşlı T.Orucov və həmyaşıdı E.Hüseynovdur.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Unikal)

09:10

***

Oktyabrın 10-u saat 23:20 radələrində Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi) Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə News24.az-a TƏBİB-dən məlumat verilib.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Xeyrənsə Piriyeva