Tovuzda toyda dava düşdü, bir nəfər bıçaqlandı
Hadisə
Tovuz rayonunda toy məclisində kütləvi dava olub.
News24.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndindəki şadlıq evində ofsiantlar arasında baş verib.
Dava zamanı 1998-ci il təvəllüdlü Nihad Hüseynov bıçaqlanıb. Təcili xəstəxanaya çatdırılan yaralı əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hazırda polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirir.
Faktla bağlı araşdırmalar davam edir.