Tovuzda yanğın - Kişi meyiti tapıldı

Tovuzda yanğın - Kişi meyiti tapıldı Hadisə

Tovuzda yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Yanğın baş verən evdə kişi meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Meyiti tapılan şəxsin 1942-ci il təvəllüdlü C.Kazımov olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(apa)