Toya gedən şəxslər qəzaya düşdü, - ölən və xəsarət alanlar var

Toya gedən şəxslər qəzaya düşdü, - ölən və xəsarət alanlar var Hadisə
Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın xəbərinə görə, hadisə Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən və xəsarət alan şəxslər toya gedirlərmiş.