Ucarda kəndə çaqqal hücumu - 3 nəfər xəsarət aldı

Ucarda kəndə çaqqal hücumu - 3 nəfər xəsarət aldı Hadisə

Ucar rayonunda sakinlər çaqqal hücumuna məruz qalıb.

News24.az xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində qeydə alınıb.

Kənd sakini, 72 yaşlı Güləndam Məmmədova öz həyətində çaqqal hücumuna məruz qalıb. Xəsarət alan G.Məmmədovanın köməyinə gələn qonşusu, 67 yaşlı Musa Həsənov, həyat yoldaşı 65 yaşlı Fatma Həsənova da xəsarətlər alıb.

Ucar Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, üç nəfər (bir kişi, iki qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə caqqal dişləməsi diaqnozu ilə daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.