"Üstünə cumdular, yerdə sürüyürdülər" - Xırdalanda dəhşətli hadisə

"Üstünə cumdular, yerdə sürüyürdülər" - Xırdalanda dəhşətli hadisə Hadisə

Abşeron rayonunda dəhşətli hadisə baş verib. Hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb. İlkin məlumata görə, 65 yaşlı qadın sahibsiz itlərin hücumuna məruz qalıb. Bədənin müxtəlif nahiyələrindən xəsarətlər alan qadın xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.

News24.az xəbər verir ki, həmin ərazidə yaşayan sakinlər problemin uzun müddətdir davam etdiyini bildiriblər. Onların sözlərinə görə, ərazidə zibillərin vaxtında təmizlənməməsi sahibsiz itlərin toplaşmasına səbəb olur.

Sakinlər qeyd ediblər ki, bəzi obyektlər yolu bağladığı üçün insanlar məcburən zibil olan ərazilərdən keçirlər və bu zaman itlərin hücumuna məruz qalırlar.

“Yolumuz bağlıdır, məcbur zibilliyin içindən keçirik. Ona görə itlər də üstümüzə cumur”, – deyə sakinlər bildiriblər.

Daha ətraflı videoda: