Üzərinə ağac düşən kişi öldü

Üzərinə ağac düşən kişi öldü Hadisə

Oğuz rayonunda 36 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

News24.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Tayıflı kəndində meşəlik ərazidə baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Bayramov Fuad Valeh oğlu meşədə olarkən üzərinə ağac düşüb.

O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və daha sonra orada ölüb.