Xaçmazda QƏZA: - Avtomobil aşdı

Xaçmazda QƏZA: - Avtomobil aşdı Hadisə

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Ağdaş rayonu Dəhnəxəlil kəndində qeydə alınıb.

Belə ki, Xaçmaz rayonu, Gülalan kənd sakini, 38 yaşlı Aydın İsmayılov Ülfət Cəfərova məxsus “VAZ-2104” minik markalı avtomobillə hərəkətdə olarkən sol arxa şininin partlaması nəticəsində idarəetməni itirərək yolun sol hissəsində olan beton dirəyə dəyərək aşıb. Avtomobildə olan sərnişin 56 yaşlı Laləzər Əzizova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Ağdaş RPŞ-nin İB-də istintaq aparılır.