Xaçmazda qatar adam vurdu

Xaçmazda qatar adam vurdu Hadisə

Bu gün saat 15:20 radələrində Xaçmaz-Çarxı sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər kişi çıxıb.

News24.az xəbər verir ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

Əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, insanlar dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməlidirlər: "Unutmaq olmaz ki, yol həmişə qatarındır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır"