Xankəndiyə avtobusla narkotik gətizdirən şəxs həbs edildi

Xankəndiyə avtobusla narkotik gətizdirən şəxs həbs edildi Hadisə

Xankəndi şəhərində şübhəli kimi saxlanılan şəxsin əlindəki çantadan narkotik tapılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları şəhər ərazisində Mingəçevir şəhər sakini 1993-cü il təvəllüdlü E.Məmmədlini saxlayıblar. Onun əlindəki çantaya baxış keçirilərkən oradakı mürəbbənin içərisində gizlədilmiş marixuana aşkar edilib.

Məlum olub ki, həmin gün Mingəçevirdən E.Məmmədliyə mikroavtobusla sovqat göndərilib. Həmin sovqatı göndərən şəxsin, eləcə də sürücünün mürəbbənin içində narkotik olmasından xəbərləri olmayıb.

E.Məmmədli Xankəndidə sovqatı qəbul etdikdən az sonra isə saxlanılıb.

Faktla bağlı toplanmış materialları Xankəndi şəhər Məhkəməsinə daxil olub.

Məhkəmənin ötən həftə çıxardığı hökmlə E.Məmmədli 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Yaşar Araz