Xəstəxanada müayinə zamanı öldü
Hadisə
Gəncə şəhərində xəstəxanalardan birinə müayinəyə gedən qadın tibb müəssisəsində ölüb.
1966-cı il təvəllüdlü Ramilə Bayramova xəstəxanada müayinədən keçən zaman həyatını itirib.
Hazırda qadının hansı səbəbdən vəfat etməsi ilə bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, R. Bayramovanın 4 övladı var.//Qafqazinfo