Xətaidə evlərdən oğurluq edən şəxs saxlanıldı

Xətaidə evlərdən oğurluq edən şəxs saxlanıldı Hadisə

Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib.

DİN-in Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Bayramov saxlanılıb. Ondan həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırmalar davam etdirilir.