Xırdalanda evdə baş verən yanğın söndürüldü - Yeniləndi
Hadisə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə News24.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
13:07
Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
News24.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.