Xırdalanda evdən 30 yaşlı kişinin meyiti tapıldı
Hadisə
Abşeron rayonu Xırdalan şəhərində mənzildən meyit tapılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə aprelin 1-i saat 22 radələrində qeydə alınıb.
Ölən şəxsin Tovuz rayon sakini 1996-cı il təvəllüdlü Şirxan Telman oğlu İmranov olması müəyyənləşib.
Onun hansı səbəbdən ölməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Yaşar Araz