Xızıda 16 yaşlı qızla evlənən 23 yaşlı oğlan həbs edildi
Hadisə
Xızı rayonunda yetkinlik yaşına çatmamış qızı qaçıraraq onunla evlənən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Əli İbrahimova (soyad şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci maddəsilə iş açılıb.
Müəyəyn edilib ki, Əli "TikTok" sosial şəbəkəsində paytaxt sakini olan 16 yaşlı qızla tanış olub. Onlar bir neçə dəfə Səbail rayonundakı Dənizkənarı Milli Park ərazisində görüşüblər. Daha sonra isə cütlük evlənmək qərarına gəlib və Əli yeniyetmə qızı paytaxtdan Xızıya qaçırıb.
Onlar 2 gün müddətində Əlinin valideynlərinin də qaldığı evdə ər-arvad kimi yaşayıblar. Lakin qızın valideynlərinin polisə müraciətindən sonra o, yaşadığı evə qaytarılıb. Yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan gənc barəsində isə cinayət işi açılıb.
Xızı rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli hökmü ilə Əli İbrahimov 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Yaşar Araz