Xızıda məktəbli faciəli şəkildə öldü - Foto - Yeniləndi
Hadisə
Xızı rayonunda məktəbli oğlan vəfat edib.
News24.az-ın əldə etdiyi məlumata görə, 13 yaşlı Ayxan Sabir oğlu Nəzərov avtomobildə olarkən səhhətinin kəskin pisləşməsi səbəbindən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Yaşar Araz
10:19
Yanvarın 22-si saat 16:15 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Uşaq Xəstəxanasına yaxınları tərəfindən hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Həkim heyəti tərəfindən yeniyetmənin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.
Hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.