Xocalı sakini bədbəxt hadisə nəticəsində öldü

Xocalı sakini bədbəxt hadisə nəticəsində öldü Hadisə

Xocalı rayon sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, Gəncə şəhərində əsasən Xocalıdan olan sakinlərin məskunlaşdığı qəsəbədə 1974-cü il təvəllüdlü Nailə Bağırovanın halı pisləşib və yıxılıb.

Qadın xəstəxanaya çatdırılsa da aldığı zədə nəticəsində həyatını itirib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmaya başlanılıb.