Yasamalda baş verən yanğınla bağlı vəzifəli şəxs həbs edildi
Hadisə
Yasamalda 3 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı vəzifəli şəxs həbs edilib.
News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, noyabrın 21-də Yasamalda çoxmərtəbəli binada baş vermiş yanğın nəticəsində 3 nəfər ölüb, 25 nəfər tüstüdən zəhərlənib. Hadisə yerinə baxış keçirilib, sübutlar toplanıb.İstintaqla müəyyən edilib ki, binanın zirzəmi və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-in direktoru Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarını pozmaqla ölüm və digər ağır nəticələrə səbəb olub.Noyabrın 23-də tutulmuş B.Paşayev noyabrın 24-də Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində həbs edilib.
İbtidai istintaq davam etdirilir.