Yazıçının oğlu itkin DÜŞDÜ

Yazıçının oğlu itkin DÜŞDÜ Hadisə


Yazıçı Müşfiq Xanın oğlu itkin düşüb.

News24.az xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb.

“Oğlum Füzuli Fərziyevi axtarıram. Bu gün 16:15 radələrində metronun “Avtovağzal” stansiyasında olub. Sonra hara getdiyi haqqına məlumatımız yoxdur. Üzərində telefon yoxdur. Görənlərdən xahiş edirəm, məlumat versin. Onu görənlərdən (050) 243-14-53, (055)716-63-73 nömrələri ilə əlaqə saxlaması xahiş olunur”.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, axtarış elan edilib. Yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.