Yeni il gecəsi Fəvvarələr Meydanında insident törədənlər tutuldular

Yeni il gecəsi Fəvvarələr Meydanında insident törədənlər tutuldular Hadisə

Yeni il gecəsi – dekabrın 31-də saat 22 radələrində Səbail rayonu Fəvvarələr Meydanında ictimai asayişi pozan 2 gənc cəzalandırılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, meydanda bayram şənliklərinin keçirildiyi vaxt dava-dalaş salan və qışqırıb söyüş söyən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Onların Qaradağ rayon sakini olan 1999-cu il təvəllüdlü S.M və 2000-ci il təvəllüdlü A.A olması müəyyən edilib.

Saxlanılan şəxslər barələrində inzibati protokol yazılmaqla Səbail rayon Məhkəməsinə göndəriliblər və müvafiq qərarla cərimə olunublar.

Yaşar Araz