Yol çökdü: - Yük maşını çuxura düşdü

Yol çökdü: - Yük maşını çuxura düşdü Hadisə

Yaponiyanın Saitama əyalətində inanılmaz qəza baş verib. 

News24.az xəbər verir ki, yerli hakimiyyət orqanlarından alınan məlumata görə, saat 09:50 radələrində Yaşio şəhərində yol naməlum səbəbdən çöküb.

Hadisədən sonra diametri 5 metr, dərinliyi 10 metr olan çuxur əmələ gəlib və hərəkətdə olan yük maşını nəhəng çuxura düşüb.

Xəbərdarlıq üzərinə əraziyə çoxlu sayda polis və sağlamlıq qrupları sövq edilərkən, yaralı yük maşını sürücüsünün xilasetmə işlərinin davam etdiyi bildirilib.

Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.


Məryəm İlhamqızı