Yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO
Hadisə
Rusiyanın Perm diyarının Oktyabrski şəhər dairəsi ərazisində iki avtomobil toqquşub.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, “Hyundai Accent” markalı avtomobil “Ötmə qadağandır” yol nişanının keçdiyi ərazidə əks zolağa çıxıb və 1964-cü il təvəllüdlü kişinin idarə etdiyi “Lada Vesta” markalı avtomobillə toqquşub.
Hadisə zamanı ikisi azyaşlı olmaqla beş nəfər xəsarət alıb.
Bir-birilə toqquşan hər iki avtomobilə ciddi ziyan dəyib.
Ağa Dadaşzadə