Yolu keçən piyadanı avtomobil - VURDU

Yolu keçən piyadanı avtomobil - VURDU Hadisə

Bakının Qaradağ rayonunda 20 yaşlı gənc yol qəzasında xəsarət alıb.

News24.az “Report”-a istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Balayev Səbuhi Bəhman oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.