Zaqatalada iki maşın toqquşdu, iki nəfər xəsarət aldı

Zaqatalada iki maşın toqquşdu, iki nəfər xəsarət aldı Hadisə

Zaqatalada iki minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

News24.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan ilə sərhədi avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.

Rayonun Yengiyan kənd sakini 1987-ci il təvəllüdlü Dilqəm Burculla oğlu Məmmədovun idarə etdiyi “Opel vectra” markalı avtomobillə Əliabad qəsəbə sakini 1987-ci il təvəllüdlü Xəyalə İsrafil qızı Herovovanın idarə etdiyi “Volksvagen passat” markalı avtomobil toqquşub. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Yaşar Araz