Zaqatalada itkin düşən Hindistan vətəndaşı ilə bağlı - YENİ XƏBƏR

Zaqatalada itkin düşən Hindistan vətəndaşı ilə bağlı - YENİ XƏBƏR Hadisə

"Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir". 

News24.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru Ədalət Həsənov deyib. 

O, qeyd edib ki, Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir:

"Ekspertiza başa çatdıqdan və mərhumun şəxsiyyəti müəyyənləşdirildikdən sonra Zaqatala rayon prokurorluğu tərəfindən sümük qalıqları şöbədən götürülərək aidiyyəti üzrə təhvil veriləcək".