Zaqataladan gizli yolla qaçmaq istəyən - ƏRƏB TUTULDU

Zaqataladan gizli yolla qaçmaq istəyən - ƏRƏB TUTULDU Hadisə

Azərbaycanda 2 nəfər sərhəd pozucusu saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən News24.az-a verilən xəbərə görə, mayın 7-də “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı 39 yaşlı Baidaha Moqbel Abdulrazzaq, mayın 9-da isə “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş Krallığı vətəndaşı 35 yaşlı Touijar Mohamed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Zaqataladan gizli yolla qaçmaq istəyən - ƏRƏB TUTULDU