Zəlzələyə hamamda yaxalandı - VİDEO

Zəlzələyə hamamda yaxalandı - VİDEO Hadisə

Silivri sahillərində saat 12:49-da 6.2 bal gücündə baş verən zəlzələ ətraf vilayətlərdə də hiss olunub. Təsirlənən bölgələrdən biri olan Sakaryada insanlar təşviş içində küçələrə çıxıb. 

News24.az xəbər verir ki, zəlzələ anında hamamda olan bir nəfər yalnız hamam dəsmalı ilə küçəyə çıxarkən, başqa bir binada çalışan işçilər zəlzələyə məhəl qoymadan fəaliyyətlərini davam etdiriblər.

Zəlzələ zamanı məsciddə olan və hadisəni sosial mediada oxuduğunu deyən Ali Yeşil bunları bildirib: “Allah daha betərindən qorusun. Namaz üçün məscidə gəlmişdim. İstanbulda baş verən zəlzələni telefonumda oxuyarkən Adapazarı mərkəzində də hiss olunub. İnşallah bu qədər ilə keçib gedər, daha betəri olmaz. 17 avqustu yaşamış biri olaraq daha ciddi tədbirlər görülməsini arzulayıram. O gecə yaşadıqlarım gözümün önünə gəldi. Ən vacibi tədbir görməkdir, qalanı Allahın təqdiridir”.

Digər tərəfdən, Sakarya Valiliyindən verilən açıqlamada bildirilib: “İstanbul mərkəzli 6.2 bal gücündə baş verən zəlzələ vilayətimizdə də hiss olunub. Hazırkı vaxta qədər dövlət qurumlarımıza hər hansı bir nasazlıq və ya mənfi hal barədə məlumat daxil olmayıb”.