Zərdabda faciəvi şəkildə ölən Raulun - FOTOSU
Hadisə
Xəbər verildiyi kimi, 3 gün əvvəl Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az Publika.az-a istinadən xəbər verir ki, Zərdab rayonunun Qaravəlli kənd sakini olan Əmrah Umarovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Zərdab şəhəri Məlik Məhərrəmov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində ağaca çırpılıb.
Nəticədə sərnişin Əliyev Raul Əziz oğlu hadisə yerində almış olduğu xəsarətlərdən ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Hadisədə vəfat edən Raulun fotosunu təqdim edirik.
Qeyd edək ki, Raul Əliyev də Qaravəlli kəndinin sakini olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.