Zirzəmidən tapılan körpənin - son durumu

Zirzəmidən tapılan körpənin - son durumu Hadisə

Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpənin vəziyyəti açıqlanıb. 

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib ki,   Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə (oğlan) oktyabrın 12-də  saat 09:30 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Zəruri instrumental-diaqnostik müayinələr aparılıb. Azyaşlının müvafiq şöbədə müalicəsi davam etdirilir. Həkim müşahidəsi altındadır.

Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

Xeyrənsə Piriyeva