Ziyarətgahda terror aktı törətmək istəyənlər tutuldu

Ziyarətgahda terror aktı törətmək istəyənlər tutuldu Hadisə

Qumda terror aktı törətməyi planlaşdıran İŞİD üzvləri təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

News24.az APA-ya istinadən bildirir ki, bu barədə İran mediası məlumat yayıb.

İŞİD-Xorasan qruplaşmasının iki üzvü Qum şəhərində ziyarətgaha daxil olarkən tutulub. Onların terror əməliyyatı keçirməyi planlaşdırdığı bildirilib.

Hələ ki rəsmi açıqlama verilməyib.


Ziyarətgahda terror aktı törətmək istəyənlər tutuldu