Avropa Liqası: - "Qarabağ" - HİK matçı başladı
İdman
Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.
News24.az Report-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.
Matçın baş hakimi israilli Roy Reinsreyberdir.
Qeyd edək ki, komandaların cavab qarşılaşması avqustun 17-də Helsinkidə olacaq.