“Bir az bəxtimiz gətirsəydi, iki qol vura bilərdik” - Coy Lens Mikels
İdman
Coy Lens Mikels “Barselona” ilə oyundan sonra jurnalistlərə açıqlama verib.
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən “Qarabağ” – “Barselona” qarşılaşması İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın yeganə qolunun müəllifi Coy Lens Mikels olub.
News24.az xəbər verir ki, o, matçın çətin keçdiyini, “Barselona”nı Bakıda qəbul etməyin böyük şərəf olduğunu bildirib.
Mikels qeyd edib ki, ilk hissədə topa az sahib olsalar da, üç yaxşı qol fürsəti yaradıblar. Onun sözlərinə görə, bir qədər bəxtləri gətirsəydi, ilk hissədə iki qol vura bilərdilər.
Futbolçu ikinci hissənin əvvəlində buraxılan iki erkən qoldan sonra oyuna qayıtmağın çətin olduğunu vurğulayıb. O, “Barselona”nın meydanda yaranan boşluqlardan məharətlə istifadə etdiyini söyləyib.
Mikels özünün də “Barselona”ya qol vurmasını xüsusi hiss kimi dəyərləndirib və ikinci qolu da vura biləcəyini, lakin bunun qismət olmadığını deyib.